“Mc Donalds” Azərbaycan xalqından ÜZR istəməlidir – Hüquq müdafiəçisindən ETİRAZbackend

“Mc Donalds” Azərbaycan xalqından ÜZR istəməlidir – Hüquq müdafiəçisindən ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Batumidə fəaliyyət göstərən “Mc Donalds”ın əməkdaşlıq etdiyi ölkələrin bayraqları sırasında Azərbaycan bayrağına yer verməməsi etirazla qarşılanıb. Bu etirazlara qoşulanlardan biri hüquq müdafiəçisi Xəzər Teyyubludur.

Tribunainfo.az-a danışan Siyasi Hüquqların Müdafiə Mərkəzi hesab edir ki, “Mc Donalds” bu sayğısızlıq hərəkətinə görə üzr istəməli və izahat verməlidir: “Azərbaycan dövlətinə və xalqına cavab verilməlidir ki, bizim bayrağımız niyə orada dalğalanmır. Necə olur ki, Batumidəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin arxasından “Mc Donalds”a giriş var, üst hissə də “Mc Donalds”n ikinci mərtəbəsidir, Gürcüstanın paytaxtında bütün ticarət mərkəzlərində fəaliyyət göstərən “Mc Donalds” şəbəkəsinə məxsus obyektlərdə əməkdaşlıq etdikləri ölkələrin bayraqları asılıb, amma bircə Azərbaycan bayrağı olmur?! Təbii ki. bu hörmətsizlik və biganə yanaşmadır. Ümumiyyətlə, hansı şirkət və ya ticarət şəbəkəsi olsaydı, bu məsələyə dərhal reaksiya verərdi, amma “Mc Donalds” səsini çıxarmır”.

Roman