Dünya çempionatının finalında Argentinaya uduzan Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappenin həmin matçın fasiləsindəki çıxışı gündəm olub.
Tribunainfo.az xəbər verir ki, görüntülərdə onun mundialın həlledici qarşılaşmasının ilk hissəsindən sonra paltardəyişmə otağında komanda yoldaşlarına oyunun taleyini dəyişdirməyin mümkün olduğunu bildirməsi yer alıb:
“Biz belə uduza bilmərik. Meydançaya qayıdırıq və oyunu geri çevirməliyk. 2 qol buraxdıq, amma ikisini də vura bilərik. Uşaqlar, bu 4 ildə bir dəfə olur, lənət olsun!”.
Qeyd edək ki, Fransa yığması həmin matçın 2-ci hissəsində hesabı 2:2 edir və matçın əlavə vaxta getməsinə nail olur. Qolların hər ikisini də Kilian Mbappe vurur.