Mbappe Azərbaycana gəlməyəcək – SƏBƏB

Mbappe Azərbaycana gəlməyəcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa yığmasının hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Azərbaycana qarşı keçiriləcək oyunu buraxacaq.

Tribuna  xəbər verir ki, bunu tanınmış insayder Fabrizio Romano deyib.

Buna səbəb hücumçunun ayaq biləyində yaranmış problemdir.

Sağlamlıq riskini nəzərə alaraq, Mbappe heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq.

Xatırladaq ki, Azərbaycan-Fransa oyunu 16 noyabrda Bakıda baş tutacaq.