Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütləq ağır çəki dərəcəsi üzrə sabiq dünya çempionu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkə hesabında açıqlama verib.

Qarşılaşma 2026-cı ilin yazında baş tutacaq.

59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.