Əfsanəvi amerikalı boksçu Mayk Tayson həmyerlisi bloqer Ceyk Paulla döyüşəcək.
Tribunainfo.az xəbər verir ki, Paul bu barədə X səhifəsində məlumat yayıb.
O bildirib ki, döyüş iyulun 20-də baş tutacaq.
Qeyd edək ki, 57 yaşlı Taysonun 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var. İki döyüş etibarsız sayılıb. 27 yaşlı Paul isə 9 qələbə (6 nokaut) qazanıb, 1 dəfə isə məğlub olub.