“Qalatasaray”la yenidən razılığa gələn argentinalı futbolçu Mauro İkardinin klubdan alacağı maaşı bəlli olub.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu klubdan illik 10 milyon avro pul qazanacaq
Beləliklə, İkardi Türkiyənin indiyə qədər ən yüksək maaş alan əcnəbi futbolçusu olacaq.
Qeyd edək ki, argentinalı ulduzdan əvvəlki rekord 5 milyon avro ilə “Qalatasaray”da forma geyinən kolumbiyalı futbolçu Radamel Falkaoya məxsus idi.
Türkiyədə ən çox maaş alan əcnəbi futbolçuların siyahısını təqdim edirik:
Radamel Falkao (Qalatasaray) – 5 milyon avro
Robin Van Persi (Fənərbağça) – 4 milyon 900 min avro
Pepe (Beşiktaş) – 4 milyon 750 min avro
Alvaro Neqredo (Beşiktaş) – 4 milyon 350 min avro
Edin Dzeko (Fənərbağça) – 4 milyon 200 min avro