Matevosyandan ŞOK: Paşinyan Bakı ilə gizli danışıqlar aparırbackend

Matevosyandan ŞOK: Paşinyan Bakı ilə gizli danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gözümüzün qabağında Nikol Paşinyanla bir sıra geosiyasi qurumlar: Türkiyə, Azərbaycan və kollektiv Qərb (ilk növbədə London) arasında onlayn rejimdə daha bir siyasi sövdələşmə gedir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Beniamin Matevosyan çıxış edib.
O bildirib ki, siyasi müqavilə və ya siyasi sövdələşmə tərəflərin qarşılıqlı məsuliyyətinə dair razılaşmadan ibarətdir. “Bu siyasi sövdələşməni tam başa düşmək üçün mozaikanın iki elementi nəzərə alınmalıdır: Nikol Paşinyanla danışıqları açıqlayan Prezident İlham Əliyevin köməkçisi Elçin Əmirbəyovun açıqlamaları, həm də Paşinyanın özünün açıqlamaları”.
O sual edib ki, proses niyə 2027-ci ilə saxlanılıb? “Əslində, siyasi sövdələşmənin mahiyyəti də bundan ibarətdir. Nikol Paşinyan gözləyir ki, Ankara, Bakı, London və Vaşinqton onun 2026-cı ildə (və ya mümkün erkən seçkilər zamanı 2026-cı ilin yayına qədər) yenidən seçilməsinə dəstək verəcək və Paşinyan öz hakimiyyətini bərpa etdikdən sonra geosiyasi tərəfdaşlarının tələblərini təmin edəcək”.
Matevosyan onu da deyib ki, razılaşmanın digər iştirakçılarının da öz tələbləri var: “Metsamor Atom Elektrik Stansiyası bağlanmalı, 102-ci hərbi baza və Rusiya sərhədçiləri Ermənistandan çıxarılmalı, Rusiya enerji daşıyıcılarını almaqdan imtina və yüz minlərlə azərbaycanlını Ermənistana köçürmək”.