Matevosyan: “Paşinyan erməni xalqını eşşək yerinə qoyub”

Matevosyan: “Paşinyan erməni xalqını eşşək yerinə qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Zəngəzur Dəhlizi ilə bağlı müzakirələr yenidən aktivləşib. Tribunainfo.az xəbər verir ki, bu müzakirələr fonunda İrəvan tərəfinin yolun açılmasına etiraz etmədiyi, lakin bunun müəyyən şərtlər çərçivəsində həyata keçirlə biləcəyi ilə razılaşdığı iddiaları gündəmə gəlib.
Belə ki, Ermənistan Zəngəzur Dəhlizinin təhlükəsizliyinin təmin olunmasında konkret dövlətlərin deyil, beynəlxlaq səviyyəli şirkətlərin iştirak etməsində maraqlı olduğunu dilə gətirib. Bunu isə belə əsaslandırıb ki, Rusiya və ya başqa bir dövlət Zəngəzur Dəhlizinin təhlükəsizliyini təmin etmək prosesinə cəlb edilərsə, bu, Ermənistanın suverenliyinə təhdid olmaqla yanaşı, həm də ərazi güzəşti demək olacaq. Şirkətlər isə belə bir halın baş verməsini istisna edir.
Politoloq Benyamin Matevosyan bu barədə açıqlamasında vurğulayır ki, Ermənistan hakimiyyətinin bu yanaşması kobud səhvdir. “Onlar dəhlizi açdıqları təqdirdə, əsas məsələnin kimin onu qoruyacağıdır. İndi məsələ budur ki, bunu ruslar etsin, yoxsa avropalılar. Hansısa beynəlxalq şirkətin dəhlizi qorumağa çəlb etmək, aldatmadır. Açığı deyim ki, Paşinyanın buy yanaşması, aldatma cəhdləri erməni xalqını eşşək yerinə qoymaqdır”.