“Cənubi Qafqaz tandemi Ermənistanın təhlükəsizlik sütunlarını məhv etməkdə davam edir”.
Tribunainfo.az bildirir ki, bunu politoloq Benyamin Matevosyan deyib.
O iddia edib ki, Azərbaycan və Ermənistan sinxron hərəkət edirlər. “Bakı sakit tərzdə İrəvanı təhdid edir. “İrəvan da heç bir reaksiya vermədən qırımızı xətləri tapdayaraq, həmin tələbləri yerinə yetirir. Bu, onların birgə hərəkət etdiyini göstərir”.
Matevosyan həmçinin düşünür ki, ATƏT-in Minsk Qrupunun ləğvi təkcə, Qarabağ məsələsinin tamamilə həllini ehtiva etmir. “Bu, həm də Ermənistanın Azərbaycanın gələcək eskalasiya “haqqını” qanuniləşdirir”