Erməni politoloq Beniamin Matevosyan iddia edir ki, hazırda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları müəyyən nəticələr verəcək. Tribunainfo.az xəbər verir ki, o, “Alpha News”a müsahibəsində deyib ki, sazişin Ermənistana elə də ciddi xeyri olmayacaq.
Matevosyan vurğulayıb ki, gedişat Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşdiyi ərazilərdən çıxmayacağını da göstərir. “Azərbaycan Cermux istiqamətində lazım olan ərazilərdə yerləşib. Onları oradan çıxarmaq mümkün olmayacaq. Bu ümumiyyətlə, heç vaxt baş verməyəcək”.
Amma erməni politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların da açılması baş tutmayacaq. “Bakı ilə sülh müqaviləsi kommunikasiyaların açılmasını, ərazilərin boşaldılmasını, sərhədlərin müəyyənləşdirilməsi məsələlərinə aydınlıq gətirməyəcək”.