“Son günlər İran və Rusiyanın səylərin birləşdirilməsi, Azərbaycan-Ermənistan münasibətlərində birgə fəaliyyət təklif etməsi ciddi proseslərdən xəbər verir”. Tribunainfo.az bildirir ki, bunu politoloq Beniamin Matevosyan deyib.
O bildirib ki, Zəngəzur Dəhlizi məsələsi, habelə Ermənistan ərazisindən hər hansı subyektə ekstraterritorial dəhliz vermək Rusiya və İranın maraqlarında deyil. “Hər iki ölkə bunu özünün “qırmızı xətti” hesab edir. Onların son açıqlamaları həm də bizim yeni regional qarşıdurmaya təhlükəli dərəcədə yaxınlaşdığımızı göstərir. Əgər Paşinyan İranın, Rusiyanın, hətta Ermənistanın özünün də maraqları ilə bağlı bu “qırmızı xətti” keçərsə (çünki Ermənistan ərazisindən hər hansı subyektə ekstraterritorial dəhliz vermək Ermənistanın strateji, dərin maraqlarına ziddir), o zaman biz yeni sarsıntılardan qaça bilməyəcəyik”.