Maştağa sakini “Nuhun gəmisi”ni düzəltdi – “Bu gəmi mənə xoşbəxtlik gətirəcək” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maştağada yaşayan bir nəfər Nuhun gəmisinin özünəməxsus nümunəsini düzəldib.

 

Maştağada yaşayan bir nəfər Nuhun gəmisinin özünəməxsus nümunəsini düzəldib.

Gəminin hər tərəfini isə Azərbaycan bayrağının rənginə boyayıb. Hətta üzərinə vətənpərvərlik mövzusunda sözlər də yazib. O, bu gəminin ona xoşbəxtlik nəsib edəcəyinə inanır.

Xezerxeber.az-ın məlumatına görə, 50 yaşlı kişi Nuhun gəmisinin maketini düzəldib.

O, mişar daşlarını üst-üstə yığıb, üzərlərini isə üçrəngli bayrağımızın rəngində boyayıb. Adını da “Nuhun gəmisi” qoyub.

Bakının Maştağa qəsəbəsi, Axund Mirzə Əbdülkərim küçəsindən keçənlər bu tikilini tez-tez görürlər. Bəxtiyar Axundov adlı sakin küçənin ortasında “Nuhun gəmisi” adı verdiyi tikinti işini görür. O, işlərə 20 gündür başladığını deyir. İş bitdikdən sonra insanların simvolik gəminin əzəmətinə heyran qalacaqlarını söyləyir.

Bəxtiyar Axundov tikiliyə bilərəkdən “Nuhun gəmisi” adını verib. Bu adın ona xoşbəxtlik bəxş edəcəyini deyir. O, simvolik gəminin göyərtəsinə vətənpərvərlik mövzusunda yazılar yazmağı da unutmayıb. Yaşının çox olmasına baxmayaraq hündür yerlərini də özü boyayıb. Ətrafdakıların sözlərinə görə, Bəxtiyar Axundov bu tikilidə çörək pulu da qazanır. Əsas peşəsi papaqçılıq olan kişi, mövsümünə uyğun olaraq meyvə-tərəvəz satır.

Bəxtiyar Axundov 1951 ci il istehsalı olan “Zim” markalı avtomobilin də sahibidir. O, hazırda istifadə etdiyi avtomobili vətənpərvərlik ruhunda boyayıb.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: