Maskın şirkəti Ermənistanı dəstəklədi

Maskın şirkəti Ermənistanı dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elon Maska məxsus “Starlink” şirkəti Ermənistana dəstək verəcəyini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.
Şirkət rəsmiləri bildiriblər ki, onlar təkcə kənd təsərrüfatında deyil, həmçinin digər sahələrdə də bu dəstəyi göstərəcklər. Şirkətin nümayəndəsi Enrik Hakopyan deyib ki, 5 il əvvəl azərbaycanlı iş adamı Nəsib Həsənovun NEQSOL holdinqi Qara dənizin dibindən keçən və regionu Avropa ilə birləşdirən 1200 km uzunluğunda Qafqaz kabel sisteminə sahib olan “Caucasus Online” şirkətini alıb. “Bu, Azərbaycanın Ermənistanın rəqəmsal infrastrukturuna təsiri ilə bağlı narahatlıqları artırıb və “Starlink” bu dinamikanı poza bilər”.
Onun sözlərinə görə, bu, Azərbaycanın Ermənistanda internetə çıxışını söndürmək və ya yavaşlatmaq imkanını aradan qaldıracaq. “Starlink Azərbaycanla münaqişələr zamanı Ermənistanı internetlə təmin edəcəyini də öz üzərinə götürüb”.