Maskın gözünə nə olub? – VİDEO

Maskın gözünə nə olub? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də Hökumətin Səmərəliliyi Departamendindəki vəzifəsindən ayrılan amerikalı milyarder İlon Mask Ağ Evdə keçirilən vida toplantısında sağ gözündəki morluqla diqqət çəkib.

Belə ki, Oval Ofisdə təşkil olunan mətbuat konfransında Maskın sağ göz çuxurunun şişməsi və morarması açıq şəkildə görünüb.

Jurnalistlərin bu barədə verdiyi sualı cavablandıran Mask, səbəbin beş yaşlı oğlu “X” ilə zarafatlaşarkən baş verdiyini deyib: “Kiçik X ilə oynayırdıq. Dedim, vur üzümə, o da həqiqətən vurdu” – deyə Musk, gülümsəyərək cavab verib.

Donald Tramp isə zarafatyana “X etdi? Onu tanısaydınız, edə biləcəyini bilərdiniz” – deyərək gülümsəyib.

Qeyd edək ki,mətbuat konfransından əvvəl “New York Times”da yayımlanan bir xəbərdə İlon Maskın ketamin, ekstazi və halüsinojen kimi nqrkotik tərkibli psixoterapevt maddələri mütəmadi istifadə etdiyi iddia olunub.

Xatırladaq ki, Mask daha əvvəl verdiyi müsahibələrdən birində ketamin qəbul etdiyini etiraf etmişdi.

“AzPolitika.info”