“Gələcək müharibələrdə gələcək hərbi münaqişələrdə həlledici rol oynayacaq pilotsuz təyyarələrin keyfiyyətindən çox şey asılı olacaq”.
Tribunainfo.az xəbər verir ki, amerikalı sahibkar və iş adamı İlon Mask X sosial şəbəkəsindəki səhifəsində belə bir proqnoz verib.
O, “gələcəyin müharibələrinin həqiqətən pilotsuz təyyarələrin müharibələri olacağını” vurğulayıb.
“Dəqiq desək, bu, ayda istehsal olunan dronların sayının öldürülən insanların orta sayına vurulmasıdır. Ən çox nömrə toplayan tərəf qalib gəlir”, – deyə o əlavə edib.