Maskerano “Barsa”da xoşbəxt deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın futbolçusu Xavyer Maskerano komandadan ayrıla bilər.

 

“Barselona”nın futbolçusu Xavyer Maskerano komandadan ayrıla bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında meydana az çıxmasından narazılığı bildirib. O, komandasını dəyişə biləcəyinə işarə edib:

“Mənim üçün əsas odur ki, xoşbəxt olum. İşlərin bundan sonra necə gedəcəyinə baxıb qərar verəcəm. “Barselona”da müntəzəm oynamıram. Ancaq hər oyunda meydana çıxmağa layiq olduğunu göstərirəm”.

Qeyd edək ki, Maskeranonun “Barselona” ilə müqaviləsi 2019-cu ildə başa çatr. O, bu mövsüm cəmi 6 oyunda meydana çıxıb.