Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? – Vəkilbackend

Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? – Vəkil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusi karantin rejimində tətbiq edilən maska tələbi ilə bağlı qərarı pozan vətəndaşlar cəriməsini ödəməlidir”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Nazirlər Kabinetinin maska tələbinin ləvğ edilməsi ilə bağlı qərardan danışarkən deyib.

 

Vəkil bildirib ki, ayın 1-nə kimi kimlərsə maska taxmasa, onlar da cərimələnəcək:

 

“Xüsusi karantin rejiminin öz qaydaları və dövrü var. Nazirlər Kabineti hesab edir ki, ölkədə mayın 1-nə kimi təhlükə var və vətəndaşlar qapalı məkanlarda maskadan istifadə etməlidir. Kimsə maska tələbi olan dövrdə qaydanı pozubsa onu ödəməlidir. Əhalini məlumatlandırmaq lazımdır ki, onlar mayın 1-nə kimi maska taxsınlar”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.