ABŞ hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olan milyarder İlon Mask “TikTok” sosial şəbəkəsini almaqda maraqlı olması ilə bağlı şayiələri təkzib edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Mən “TikTok” almaq üçün heç bir təklif etməmişəm”, – Mask Almaniyada “Axel Springer” media konqlomeratının rəhbəri Matthias Döpfner tərəfindən təşkil edilən konfransda çıxışında deyib. Bu, onun mümkün razılaşma ilə bağlı ilk şərhi idi.
“TikTok”a sahib olsaydım, nə edəcəyimlə bağlı heç bir planım yoxdur”, – iş adamı vurğulayıb. O bildirib ki, “TikTok”u əldə etməyə həvəsli deyil. Mask şirkətləri sıfırdan qurmağa üstünlük verdiyini qeyd edib.
İş adamı həmçinin bildirib ki, o, “TikTok”dan istifadə etmir.