“Maşın Şou”da səsverməni Murad idarə edir – SƏSYAZISI

“Maşın Şou”da səsverməni Murad idarə edir – SƏSYAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Reytinqli verilişlərdən biri olan “Maşın Şou”nun 17-ci buraxılışı  ATV kanalında yayımlanacaq.
Lakin veriliş yayımlanmamışdan öncə proqram haqda bir sıra iddialar irəli sürülüb.

 

 Belə ki, verilişin 2006-cı ildə iştirakçılarından biri olan müğənni Cavan Zeynallı “Maşın Şou”da bəzi saxtakarlıqların olduğunu iddia edir.
O, Open.az-a açıqlamasında səsvermənin süni yolla idarə olunduğunu vurğulayıb.
C.Zeynallı həmçinin layihə rəhbəri, şounun aparıcısı Murad Dadaşovun iştirakçıların qərarlarına müdaxilə etdiyini dilə gətirib.
Cavan Zeynallının sözügedən səsyazısını təqdim edirik: