backend

Maşın alanda aldanmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni maşın alan zaman aldanmamaq üçün bir sıra şərtlərə əməl etmək vacibdir.  

Yeni maşın alan zaman aldanmamaq üçün bir sıra şərtlərə əməl etmək vacibdir. 


TİA.AZ  avtostop.tv-yə istinadən həmin şərtləri təqdim edir:

1. Mütləq texniki passporta nəzər salın. Etibarnamə ilə alan şəxslər bunu heç vaxt etmirlər.

Texniki passportda yazılmış istehsal tarixinə baxın. Daha sonra Vin kod-da axtarış edin. Həmçinin avtomobilin şüşələrinə və təhlükəsizlik kəmərinə belə istehsal ili yazılır. Üstəgəl texniki passportda olan nömrə ilə banda olan nömrələri mütləq tutuşdurun.

2. Kapotu açın.

Onun altında nə varsa təmiz olmalıdır. Toz və çirk yağ axımını gizlədə bilər. Boltların və bağlayıcı hissələrin yanındakı çirklərə fikir verin.

3. Kuzov elementlərinin arasındakı arakəsmələrə fikir verin.

Bütün avtomobillərdə (hətta Rusiya istehsalı olan avtomobillərdə belə) bu arakəsmələr eyni ölçüdə olmalıdır.

4. Təkərlərə baxın.

Şin bərabər səviyyədə yeyilməlidir. Əgər belə deyilsə, deməli avtomobilin hərəkət sistemində problem var.

5. Kuzovun elementlərinin eyni tonlu olmasına diqqət edin.

Avtomobilin rənglənməsi avtomobilin qəzalı olmasının ilkin əlamətidir. Avtomobilin hər yerində rəng eynidirmi ? Əgər avtomobili təmamən rəngliyiblərsə, şüşənin rezin altlıqlarına fikir verin. Yük yerinin kənarlarındakı rezin kənarlıqlara diqqət edin. Bütün rezin və plastik yerlərə baxın. Haradasa rəng izi qala bilər.

6. Qapıları açın və bağlayın.

Bütün qapılar eyni formada və səslə bağlanır. Əgər qapıların bağlanmasında fərq varsa , deməli avtomobil nə vaxtsa zərbəyə tuş gəlib.

7. Avtomobilin üzərinə diqqətlə baxın.

Rəngə ziyan vurmadan əzilmiş avtomobilin dəmirini düzəldənlərə də rast gəlmək mümkündür. Onun üçün xüsusi diqqətli olmaq lazımdır. Bəzən qiymət “ölməsin” deyə satıcı bu faktı gizlədir.

8. Mühərriki işə salın.

Əgər isti və quru havadlırsa, səsboğucudan çıxan tüstü demək olar görünmür. Qaz verdikdə isə çox açıq və çox açıq rəngli, gözlə zəif görünəcək bir tüstü çıxmalıdır. Qara tüstü çıxırsa yanacaq sistemində, göy rəng tüstü – yağ kamerasında problem olduğunu,tünd ağ rəng isə su və ya buxarın olduğuna işarəsidr.

9. İndi isə gedirik

Maşını dinləyin. Sürəti aşağı saldıqda uğultu varsa deməli hər hansı bir detalda problem var. Bədənimizdə ağrılar hər hansı bir xəstəlik barəsində siqnal verirsə, avtomobilin səsi də eyni cür siqnal ötürür.

10. Quru asfaltda qəfil əyləci basın.

Avtomobil kənara çəkməli deyil. ABS-li avtomobildirsə təkərlər səs etməli deyil. Daha sonra əyləc yoluna baxın. Xəttlər simmetrik olmalıdır.

11. Yolun düz və hamar hissəsini tapın və sükanı buraxın

Əgər avtomobil kənara çəkirsə, asqı və kuzovun həndəsi forması dəyişib. Döndərmisən amma sükan sanki dönüb. Deməli sükan mexanizmi əyridir. Bu asta sürətlə hansısa maneəyə çırpılanda olur.