Masazır sakinləri hələ də qarın, buzun içindədir – Videobackend

Masazır sakinləri hələ də qarın, buzun içindədir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıya cəmi bir gün yağan qar artıq ərisə də əksər ərazilərdə həyatı iflic edib. Xüsusilə Bakıətrafı ərazilərdə hərəkət məhdudlaşıb, yollar bərbad vəziyyətdədir, marşrut xətləri işləmir. Masazır sakinləri yazıb bildirir ki, 3 gündür Gülağa Məmmədov küçəsinə marşrut işləmir.

Tribunainfo.az-a bu barədə Masazır sakini Elşad Qasımov yazıb. O bildirib ki, yolları bərbad gündədir, 3 gündür 569 nömrəli marşrut işləmir:

“Bura Masazırın Gülağa Məmmədov küçəsidi. Sakinlərin müraciətinə baxan yoxdur.
Tağıyev, Gülağa Məmmədov, Zəlimxan Yaqub, Rəsulzadə küçələri də bu gündədir. Mən bu səbəbdən 3 gündür iş-gücə gedib çata bilmirəm. Aidiyyəti qurumlar, icra, bələdiyyə qoyduqları nömrələrə cavab vermirlər”.