Bakıya cəmi bir gün yağan qar artıq ərisə də əksər ərazilərdə həyatı iflic edib. Xüsusilə Bakıətrafı ərazilərdə hərəkət məhdudlaşıb, yollar bərbad vəziyyətdədir, marşrut xətləri işləmir. Masazır sakinləri yazıb bildirir ki, 3 gündür Gülağa Məmmədov küçəsinə marşrut işləmir.
Tribunainfo.az-a bu barədə Masazır sakini Elşad Qasımov yazıb. O bildirib ki, yolları bərbad gündədir, 3 gündür 569 nömrəli marşrut işləmir:
“Bura Masazırın Gülağa Məmmədov küçəsidi. Sakinlərin müraciətinə baxan yoxdur.
Tağıyev, Gülağa Məmmədov, Zəlimxan Yaqub, Rəsulzadə küçələri də bu gündədir. Mən bu səbəbdən 3 gündür iş-gücə gedib çata bilmirəm. Aidiyyəti qurumlar, icra, bələdiyyə qoyduqları nömrələrə cavab vermirlər”.