Masallıda nəhəng qartal tutulub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda qeyri-adi qartal tutulub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb.Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.

Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: