Bu gün 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə 11 noyabr Türk Dövlətləri Milli Ağaclandırma Günü ilə bağlı ağacəkmə aksiyası təşkil edilib.Tribunainfo.az xəbər verir ki,Aksiya zamanı Masallı rayonu Yeyənkənd meşəbəyliyinin 16 saylı meşə dolayında 3 ha sahədə 9900 ədəd göyrüş tingi əkilib.
Ağacəkmə aksiyasında Meşlərin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi,1 saylı Regional Lənkəran Nəqliyyat idarəsinin əməkdaşları, media qurumları, kənd sakinləri və könüllülər iştirak edib.
Ümumilikdə 190 nəfərdən çox insan aksiyada iştirak edib.