Masallıda ikimərtəbəli ev yandı – Sahibəsi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda yanğın hadisəsi qeydə alınıb.

TİA.AZ FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.