Masallıda Alvadı çayı öz məcrasına qayıdıbbackend

Masallıda Alvadı çayı öz məcrasına qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda Təzə Alvadı kəndində vəziyyət yaxşıdır. Alvadı çayı öz məcrasına qayıdıb.
TİA.az xəbər verir ki, bunu Trend-ə Masallı Rayon İcra Hakimiyyətinin Təzə Alvadı kəndi üzrə ərazi nümayəndəsi Fəxrəddin Məmmədov deyib.
Onun sözlərinə görə, Təzə Alvadı, Meşəkənarı, Əhmədli kəndlərindən ümumilikdə Alvadı çayının daşması səbəbindən FHN-in qüvvələri tərəfindən 23 ailə qayıqlarla təhlükəli ərazidən təxliyə olunub.
“Kəndə nə qədər ziyanın dəydiyi dəqiq məlum deyil. Komissiya araşdırdıqdan sonra kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Kənddə 120 hektar kartof sahəsi suyun altındadır. Bundan başqa, bir tövlədə 93 başa yaxın qoyun, çoxlu sayda toyuq-cücə tələf olub, əkin sahələri suyun altında qalıb”, – deyə o qeyd edib.