Masallıda 33 yaşlı kişi mərc oyunlarına görə canına qıydıbackend

Masallıda 33 yaşlı kişi mərc oyunlarına görə canına qıydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda 33 yaşlı şəxs məktub yazaraq intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə sentyabrın 24-ü gecə saatlarında rayonun Şərəfə kəndindəki evlərin birində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Seymur Həsənov həyatına qəsd edib. Ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb.

Məlumata görə, mərhumun bir müddət öncə nişanı qaytarılıb.

Tribunainfo.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, intihar edən şəxs 100 min manatdan çox mərc oyunlarında uduzduğu üçün canına qıyıb.

Hansı mərc oyunlarında iştirak etdiyi isə məlum deyil.