“Maşa və ayı” təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı psixoloqlar uşaqların psixologiyasına mənfi təsir edən ən pis cizgi filmlərin reytinqini müəyyən edib. “Maşa və ayı” cizgi filmi bu siyahıda ilk pillədədir. Ekspertlər hesab edir ki, sərbəstlik və söz baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir.  

Rusiyalı psixoloqlar uşaqların psixologiyasına mənfi təsir edən ən pis cizgi filmlərin reytinqini müəyyən edib. “Maşa və ayı” cizgi filmi bu siyahıda ilk pillədədir. Ekspertlər hesab edir ki, sərbəstlik və söz baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir. Uşaqlar elə düşünürlər ki, bu davranışlar normaldır. İkinci yerdə isə “Bədheybət Hay” cizgi filmi gəlir.

Mütəxəssislərin sözlərinə görə, personajların istifadə etdiyi sözlər uşaqların dil lüğətinə mənfi təsir göstərir. “Süngər Bob kvadrat şalvar” siyahıda üçüncü sırada yer alıb.

TİA.AZ xəbər verir ki, psixioloqların fikrincə, baş qəhrəman-süngər Bob olduqca eqoistdir və hər zaman böyükləri tənqid edir. Dördüncü yerdə isə siçanın hər zaman pişiyi lağa qoyduğu “Tom və Cerri” gəlir. Ekspertlərin sözlərinə görə, baş qəhrəmanlar uşaqların böyüklərə qarşı münasibətlərinə mənfi təsir yaradır.

Psixoloq Narınc Rüstəmova azVision.az -a bildirib ki, uşaqlarda nitqin inkişafında cizgi filmlərinin xüsusi rolu var. “Uşaqlar ətraf aləmi oyun şəklində cizgi filmlərdən öyrənirlər. Onlar 3 yaşdan etibarən cizgi filmlərinə maraq duyurlar və o dövrdə artıq “mən” formalaşır. 3 yaşdan 6 yaşa qədər olan dönəmdə uşaqlarda təqlidlər formalaşır və cizgi filmlərin obrazlarını öz üzərində canlandırmağa başlayırlar. Valideynlər diqqət edir ki, cizgi filmlərində qan yoxdursa, demək bu, yaxşıdır və baxmaq olar. Təbii ki, təsnifi bu şəkildə aparmaq doğru deyil. Burada uşağın yaş qrupu, psixoloji durumu vacibdir. Hiperaktiv uşaqlar “Maşa və ayı”, “Tom və Cerri” animasiya filmlərinə üstünlük verirlər. Bu cizgi filmlərində dinamika, hərəkət çoxdur və orda hansısa parçanı özündə tapmağa çalışacaq. Qorxaq uşaq isə şiddət tərkibli qorxulu filmlərə maraq göstərəcək. Uşaq özündə çatışmayan nöqtələri nədəsə axtarıb tapır”.

 

Psixoloq hesab edir ki, cizgi filmlərini dəqiqəsi, həcmi, sujet xətti çox önəmlidir. Onun sözlərinə görə yuxarıda adları qeyd edilən multfilmlərin sujet xətti doğru mesaj ötürmür. “Məsələn, bir seriyada Tom doğranıb 5 yerə bölünür, digər seriyada sağ salamatdır və s. Sujet xəttinin keçidləri doğru olmadığı üçün uşaqlarda təhlükəsizlik müdafiə mexanizmi doğru formalaşmır. Bu zaman uşaq Maşa və Tom kimi fikirləşir ki, zədələnsə, ona heç nə olmayacaq. Haşiyəyə çıxım, 10 il əvvəl Türkiyədə “Pokemon” cizgi filmlərinin yayıldığı zaman sürətli şəkildə uşaqların ölüm halları artmışdı. Uşaqlar Pikaçu kimi pəncərəyə çıxıb özlərini atırdılar və fikirləşirdilər ki, Pikaçu kimi uçub sağ qalacaqlar. Uşaq baxdığı cizgi filminə həqiqət kimi yanaşır. Çalışmaq lazımdır ki, bu tip filmlərə 7 yaşdan sonra baxılsın. Uşaq o yaşda gerçəklik və fantaziya arasında keçid edə bilir. 3-7 yaş arası qrupda uşaqlar cizgi filmini real kimi qəbul edirlər. Bir ara “Tom və Cerri”ə Disneyləndə qadağa qoyulması haqqında söz-söhbət yaranmışdı. Lakin saxladılar, çünki burada böyük pullar və biznes rol oynayır”.  

N.Rüstəmovanın fikrincə, “Maşa və ayı” cizgi filmində təhlükə izləri varsa, “Tom və Cerri”də seksual davranışlar çoxdur. “Tom pişik qızı qucaqlayır, öpür, pişik qız siqaret çəkir. Bu, uşaqları erkən yaşda cinsi həyata hazırlayır. Fransızların “Kayu” cizgi filmi çox maraqlıdır. Hətta orada uşağın saçının keçəl olması talassemiyalı uşaqlar üçün verilən mesajdır. Orada sujet xətti var. Kayu hər bölümdə bir şey öyrənir: velosipedə minməyi, bacısını qısqanmamağı, evə qonaq gələndə görüşməyi, oyunacqlarla rəftarı və s. Uşaqlar üçün sağlam sujet xətti olan cizgi filmləri önəmlidir. Şiddət təkcə qanı simvolizə etmir. Sujet xətti 20 dəqiqədən artıq olmamalıdır. Uşağın diqqətinin həcmi 3-5 dəqiqədən çox deyil. Uşaq dayanmadan cizgi filminə baxanda onun 3-5 dəqiqədən sonrasını qavraya bilməyəcək və ondan soruşanda 3-5 dəqiqədən artığını xatırlamayacaq. Bu da təfəkkür qırıqlığına gətirib çıxarır. Bu zaman uşaq sağlam cizgi filmləri olsa belə lazımi mesajı ala bilmir. Valideyn uşağı cizgi filminin qarşısında saatlarla oturmağa qoymamalıdır. Uşağa tez-tez suallar verilməlidir ki, onu analiz və sintez edə bilsin. Uşaqlar ətraf aləmi oyun şəklində qəbul edir. Yaxşı olar ki, validenylər cizgi filmləri seçərkən diqqətli olsunlar”, – deyə psixoloq əlavə edib.