“İndiyədək erməni tərəfləri etimad yaradılması kontekstində bütün lazımi addımları atıb, o cümlədən bütün mina xəritələrini Azərbaycana təhvil verib”.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib. Marukyan bildirib ki, Azərbaycan buna cavab olaraq minaların olması ilə bağlı ittihamları davam etdirir. O iddia edib ki, Bakı “hərbi əsirləri” azad etməyib. “Bu, heç bir halda beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın apardığı “etnik təmizləmə” siyasəti məsələsindən yayındıra bilməz”, – deyə o iddia edib.