MARUKYAN – “BAKI İNTEQRASİYA ƏVƏZİNƏ ERMƏNİLƏRİN İRSİNİ MƏHV EDİR”

MARUKYAN – “BAKI İNTEQRASİYA ƏVƏZİNƏ ERMƏNİLƏRİN İRSİNİ MƏHV EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marukyan hesab edir ki, beynəlxalq birliyin liberal-demokratik institutları ya Bakının Qarabağda apardığı etnik təmizləmə siyasətini bölüşdüklərini etiraf etməli, ya da məsələyə müdaxilə etməlidir.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Azərbaycanın ermənilərin inteqrasiyası ilə bağlı planı yoxdur, üstəlik, Bakı beynəlxalq ictimaiyyət qarşısında formalaşmış rəvayətləri təqdim etmək iqtidarında deyil”. Bu barədə xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan özünün “Twitter” mikrobloqunda Azərbaycanın Dağlı Qarabağ ermənilərini inteqrasiya etmək istədiyi və onların öz vətəndaşları olması ilə bağlı iddialarına istinad edərək yazıb.

Marukyan xatırladıb ki, beynəlxalq ictimaiyyət Bakıdan etimadın möhkəmləndirilməsi tədbirləri görməyi, habelə beynəlxalq mexanizmlər çərçivəsində onların hüquqlarının müdafiəsi və təhlükəsizliyin təmin edilməsi üçün Qarabağ ermənilərinin nümayəndələri ilə birbaşa danışıqlara başlamağı tələb edir.

O, Laçın dəhlizinin bağlanması, qaz və elektrik enerjisinin verilişinin dayandırılması, eləcə də qida çatışmazlığından bəhs edib.