“Azərbaycanın son nöqtəsi azərbaycanlıların Ermənistanda məskunlaşması olacaq”. Tribunainfo.az xəbər verir ki, bunu ekspert Artur Martirosyan deyib.
O qeyd edib ki, əgər bu hadisə baş verərəsə, azərbaycanlılar Ermənistanda iki il azlıq olacaqlar. “İki ildən sonra isə azərbaycanlılarla ermənilərin sayı bərabər olacaq. Bərabərlik təmin edildikdən sonra isə azərbaycanlılar Ermənistanda siyasi proseslərdə iştirak edəcəklər. Partiya, təşkilat yaradacaqlar, deputat mandatı qazanacaqlar. Hətta yüksək vəzifələrə belə seçiləcəklər”.