BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsrailə daxil olmaq üçün viza alıb və oktyabrın 30-da oranı tərk edəcək.
Tribunainfo.az-ın məlumatına görə, viza cəmi bir neçə gün qüvvədə olacaq. Onun görüşləri barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, oktyabrın 25-də İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan dünya təşkilatının baş katibi Antonio Quterreşin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə bu qurumun nümayəndələrinə viza verilməyəcəyini açıqlamışdı. Bundan bir gün əvvəl Quterreş BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələrində çıxış edərək, HƏMAS-ın 7 oktyabrda İsrailə hücumunu birmənalı şəkildə pislədiyini, lakin bunun bir gündə baş vermədiyini xatırlamağa çağırıb. Fələstin sakinlərinin “56 il boğucu bir işğal altında yaşadıqlarını” söylədi.