Martın 18-də Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Martın 18-də Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 35012 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
DİM-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, imtahan materialları (sual kitabçası, cavab vərəqi, inşa vərəqi) imtahanın sonunda nəzarətçilərə təhvil verilməlidir. Əks halda şagirdin imtahan nəticələri ləğv edilir. Materialların hər hansı vasitə ilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanması da qadağandır. Belə hal baş verdikdə imtahan materiallarını yayanlar haqqında müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. İmtahan saat 11:00-da başlanır.
İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.
9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsən rayonunda 294, Şəmkir rayonunda 2489, Göygöl rayonunda 915, Samux rayonunda 687, Gədəbəy rayonunda 882, Qazax rayonunda 975, Ağstafa rayonunda 899, Tovuz rayonunda 2059, Şamaxı şəhərində 1000, Mingəçevir şəhərində 1180, Naftalan şəhərində 80, Goranboy rayonunda 1363, Yevlax şəhərində 1344, Şəki şəhərində 1982, Zaqatala rayonunda 1379, Balakən rayonunda 908, Qəbələ rayonunda 1357, Qax rayonunda 615, Oğuz rayonunda 570, Göyçay şəhərində 1272, Ağdaş rayonunda 1256, İsmayıllı rayonunda 1039, Quba rayonunda 1942, Qusar rayonunda 1096, Xaçmaz şəhərində 2017, Şabran şəhərində 675, Siyəzən rayonunda 482 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb.