Martda məhkəməyə verilən sığorta şirkətlərinin adları məlum oldu – SİYAHI

Martda məhkəməyə verilən sığorta şirkətlərinin adları məlum oldu – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə kifayət qədər sığorta şirkəti var. Ancaq bu sığorta şirkətlərinin böyük əksəriyyəti peşəkar formada idarə olunmur, vətəndaşla daim problem yaşayır. Bu şirkətlərin indiyə qədər kimisə razı saldığı ilə rastlaşmamışıq. Sığota müqaviləsinin vaxtı tamam olan kimi dayanmadan zəng edən bu şirkət işçilərini hansısa fövqəladə hall baş verdikdən sonra tapmaq olmur. Büdcəsi vətəndaşın ödədiyi vəsait hesabına formalaşan sığorta şirkətlərinin işi vətəndaşı cərimələmək, aylıq vəsait alıb heç bir işə yaramamaqdır.
Tribunainfo.az yazır ki, ay ərzində məhkəməyə verilməyən sığorta şirkəti yoxdur. Əksər şirkətlər haqqında məhkəmələrdə iddi qaldırılıb.
Kiçik araşdırma apararaq ay ərzində ən çox şikayət olunan, haqqında məhkəməyə müraciət olunan sığorta şirkətlərinin adlarını müəyyən etmişik. Demək olar hər ay olduğu kimi qarşımızdakı mart ayı ərzində məhkəmələrdə ən çox çəkişməsi olan sığorta şirkəti “Atəşgah Sığortadır”. Mart ayı ərzində məhkəmələrdə “Atəşgah Sığorta” ilə bağlı 43 işə baxılacaq.
Mart ayında barəsində iddia qaldırılan digər şığorta şirkətlərinin də adlarını təqdim edirik:

”Atəşgah Sığorta” – 43 məhkəmə
“Azsığorta” – 37 məhkəmə
“Xalq Sığorta” – 25 məhkəmə
“Bakı Sığorta” – 17 məhkəmə
“Meqa Sığorta” – 17 məhkəmə
“Qala sığorta” – 13 məhkəmə
“Atasığorta” – 11 məhkəmə
“Günay Sığorta” – 4 məhkəmə
“A-Group” – 2 məhkəmə
“Qala Həyat Sığorta” – 1 məhkəmə
“Standard Insurance” – 1 məhkəmə

Nigar