“Real”ın braziliyalı keçmiş futbolçusu Marselo 36 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Tribunainfo.az xarici mediaya istinadən bildirir ki, qərarını X (Twitter) hesabında açıqlayan oyunçu bu paylaşımı edib: “Futbolçu kimi hekayəm burada bitir, amma hələ də futbola verəcəyim çox şey var. Hər şey üçün təşəkkür edirəm”.
Marselo karyerası ərzində 27 kubok qazanıb.
Ulduz sol cinah müdafiəçisi 6 La Liqa, 5 Çempionlar Liqası, 5 İspaniya Superkuboku, 4 FIFA Klublararası Dünya Çempionatı, 2 İspaniya Kuboku, 1 Libertadores, 1 Konfederasiyalar Kuboku çempionluğu qazanıb.
Marselo sonuncu dəfə 2024-cü ildə “Fluminense”də çıxış edib.