Bu adam dünyanı dəyişəcək
Təsəvvür edin ki, bir şirkət yaratmısınız və gecə gündüz demədən işləyib bu şirkəti böyüdürsünüz. Dünya üzərində 200 ölkədə fəaliyyət göstərən onlayn ödəmə sistemi yaradırsınız.
Ən sonunda bu şirkəti 1 milyard dollara yaxın qiymətə satırsınız. Artıq təsəvvür edə bilməyəcəyiniz qədər zənginsiniz və istədiyiniz kimi yaşaya bilərsiniz.
Amma Elon Musk tamamilə başqa bir seçim edir. O, bu pulun hamısını ən riskli və gəliri az olan sektorlara, enerji, elektrikli avtomobil və kosmik sənayeyə investisiya edir.
Bu sahələrdə bir çox müvəffəqiyyətlər qazanan Elon, daha bir çılğın proyekti reallaşdırmaq üzrədir. O, marsda məskən salmaq niyyətindədir.
Marsda yaşayış
Elon Musk ilk olaraq 2022-ci ildə ləvazimatları daşıyan 2 kosmik yük gəmisini Marsa göndərəcək. 2024-cü ildə isə 4 ədəd həm yük, həm də insanları daşıyacaq kosmik gəmi Marsa göndəriləcək.
İlk olaraq insansız ekspedisiyalar təşkil olunacaq və su mənbələri, səth haqda məlumatlar veriləcək. Yerli şəraitdə bitki yetişdirildikdən və insanların yaşaması üçün uyğun şərait təmin edildikdən sonra, 2024-cü ildə ilk insanlar məskunlaşacaq. Onlar enerji mənbəyi kimi günəş enejisindən istifadə edəcək və öz qidalarını özləri yetişdirəcəklər.
Borularla səyahət
Elonun bir digər çılğın layihəsi “Hyperloop”, yəni təzyiqli borulardan istifadə edərək saatda 1000 km sürətə yaxınlaşmaqdır. Metroya oxşayan bu qurğular sayəsində uzaq məsafələrə səyahət digər nəqliyyat növlərinə nisbətən daha tez başa gələcək. Bu qurğunun ilk sınağı 2017-ci ildə uğurla həyata keçirilib.
“Tesla” avtomobilləri
Bu avtomobillər az tullantılı, yəni təbiət dostu olması və üstün texnologiya ilə təchiz olunması ilə digər avtomobillərdən fərqlənir. Maraq üçün deyə bilərik ki, bu avtomobillərin satışı ölkəmizdə də həyata keçirilir. Qiymətlər isə 79 200 – 110 300 AZN arası dəyişir.