Sentyabrın 20-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 282 ünvanında fəaliyyət göstərən və metal məmulatlarının istehsalı ilə məşğul olan “Mars-A” şirkətində bədbəxt hadisə baş verib.
“Mars-A” MMC-də çalışan fəhlə Şahbazov Coşqun Fazil oğlu iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.
Bunu redaksiyaya təqdim olunan video materialdan da aydın görmək olur. Amma görüntülərin həssaslığını nəzərə alaraq, onu yayımlamırıq./Qaynarinfo