Marqvelaşvili növbəti prezident seçkilərinə qatılmayacaq

Marqvelaşvili növbəti prezident seçkilərinə qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, G.Marqvelaşvili prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

Dövlət başçısı deyib ki, seçkilərdə iştirak etməsə də, Gürcüstana başqa formada xidmət etməkdə davam edəcək.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan prezidenti seçilib.

Onu da qeyd edək ki, prezidentliyə indiyədək 35 nəfərin namizədliyi irəli sürülüb. Amma hələlik yalnız 3 nəfərin namizədliyi qeydə alınıb.