Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.
“Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Bizim əcdadlarımız ölkəmizi birlikdə qurublar və tarix yaradıblar. Sizi və ailələrinizi Qurban bayramı münasibətilə təbrik edərək uğurlar və firavanlıq diləyirəm”, – deyə G. Marqvelaşvili təbrikində qeyd edib. (APA)