Xəbər verdiyimiz kimi, Rusiyanın erməni əsilli rejissoru Tiqran Keosayan 59 yaşında dünyasını dəyişib.
Tribunainfo.az xəbər verir ki, internetdə ərinin ölümündən sarsılan RT telekanalının rəhbəri Marqarita Simonyanın vida mərasimindən fotosu yayılıb.
M.Simonyan 9 ay komada qalan Tiqran Keosayanın gözlərini açacağına böyük ümid bəsləsə də, möcüzə baş vermədi.
Onu da xatırladaq ki, Marqarita Simonyanın da səhhəti pisdir, o, xərçənglə mübarizə aparır.
Rusiyanın RT telekanalının rəhbəri Marqarita Simonyan anti-Azərbaycan çıxışları ilə tanınır.