Son vaxtlar vətəndaşlar marketlərdə vitrin və kassada fərqli qiymətlərin olması ilə bağlı çox şikayətlər edirlər.
Bəs bunun səbəbi nədir?
Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, vitrin qiyməti başqa, kassa qiyməti başqa olan məhsullar
demək olar ki, alıcıların 90%-i hər gün bu problemlə qarşılaşır. Bu problemin qurbanı isə əksərən orta yaşlı və ya yaşlı nəslin nümayəndəsi olur.
İqtisadçının sözlərinə görə, kassa qəbzinə baxmırlar, almırlar qəbzi, və ya atırlar.
Vətəndaş kassadakı qiymət ilə vitrin qiymətinin fərqli olduğunu bildirsə də kassir təklif edir ya məhsulu geri qaytarın və ya kassa qiyməti ilə alın. Təbii ki, bu hal istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır.
“Qanuna əsasən istehlakçı vitrindəki qiyməti ödəməlidir. Əgər qanun pozuntusu varsa istehlakçı vitrində gördüyü qiyməti ödəyib məhsulu götürə bilər. Kassir məhsulu satmaqdan imtina edirsə, alıcıya problem yaradırsa vətəndaş mağaza müdürünə, İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi və İstehlak Bazarına Nəzarət qurumuna dərhal zəng edib məlumat verməlidirlər. (195 1-4) (+994125997600).
Alıcılara tövsiyyə olunur ki, bu kimi hallarda məhsulun vitrin qiyməti, kassa qəbzindəki qiyməti mobil telefonla çəkib saxlasınlar.
Kassir və ya satıcı o məbləğin onların aylıq məvacibindən tutulacığını bildirsələr də əsassızdır. Əvvəla hər gün inflyasiya olmur ki, qiymətlər dəyişə, kassa, satıcı qiymətə dəyişiklik edə.
İkinci bir səbəb: əgər mağaza 5 nəfərin işini 1 nəfərə gördürürsə, az sayda işçi götürürsə o istehlakçının problemi deyil.
Vətəndaşlara səslənərək bir daha qeyd edirəm, bu kimi hallarda hüqunuzu bilin, vitrində gördüyünüz məbləği ödəyin kassaya. İstehlakçı məbləğdən artıq ödəsə belə, dərhal artıq ödənən məbləğ vətəndaşa geri ödənməlidir”.
Dəniz