Marketlərdə niyə snikers qıtlığı yaşanır? – AÇIQLAMAbackend

Marketlərdə niyə snikers qıtlığı yaşanır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkədə snikers (Snickers) qıtlığı müşahidə olunur.

Bu barədə sosial şəbəkə istifadəçiləri feysbukda məlumat veriblər.

Azərbaycanda iri supermarketlər də daxil olmaqla bütün satış nöqtələrinə həmin məhsulların təminatını Veysəloğlu şirkəti həyata keçirir. İqtisadiyyat.az-a supermarketlərdən verilən məlumata görə, problem də məhz təminatçı şirkət tərəfindən qaynaqlanır.

Məsələ ilə bağlı Veysəloğlu şirkətinin satış şöbəsinin müdiri Kamal Məmmədov açıqlama verib:

“Azərbaycan həmin məhsulları Rusiyadan tədarük edirdi. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra şirkət Rusiyada olan zavodlarını bağladı.Yəni ixracat dayandı. Biz də Marsın Avropadakı zavodlarından tədarük etməyə məcbur qaldıq. Azərbaycan  həmin zavodların 2022-ci il tədarük planlarında olmadığı üçün də məhsulların tədarükündə problem yaratdılar. Bu səbəbdən şirkət bizim üçün illik plandan artıq nə tədarük edə bilirsə onu alırıq. Lakin, qıtlıq dekabrın sonuna kimi həll olacaq. 2023 ilində isə belə problem yaşanmayacaq.”

Kamal Məmmədov onu da əlavə etdi ki, hazırda stocklara müəyyən qədər məhsullar daxil olub. Həmin məhsullarin üzərində Azərbaycan dilində məlumatlar stikerlənir:

“Gələn məhsulların üzərində Azərbaycan dili yoxdur deyə biz onları stikerləmək məcburiyyətindəyik. Amma anlaşmaya görə bundan sonra gələcək olan məhsulların üzərində Azərbaycan dilində məlumatlar olacaq və bu da vaxt itkisinə səbəb olmayacaq.”

Xatırladaq ki, son günlər supermarketlərdə və digər mağazalarda snikers qıtlığı yaşanır. Bununla bağlı məlumatlar isə sosial şəbəkələrdə qeyd olunub.