Marketlərdə 3-4 manata kərə yağı satılır – Bu doğrudan da kərə yağıdırmı? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alıcılar düşünür ki, bu qiymətə kərə yağı ola bilməz. Bəs görəsən yağın keyfiyyətinə əmin olmayanlar neyləməlidir?
 

Alıcılar düşünür ki, bu qiymətə kərə yağı ola bilməz. Bəs görəsən yağın keyfiyyətinə əmin olmayanlar neyləməlidir? Bu qiymətə təklif olunan məhsul doğrudan da kərə yağıdırmı?

Marketlərdə 17-18 manata satılan kərə yağı, bəzi mazağazalarda 3-4 manata təklif edilir.

Əsasən Ukraynadan gətirilən kərə yağının diğərləri ilə müqayisədə çox ucuza satılması son günlər sosial şəbəkələr və xəbər saytlarında gündəm mövzulardan birinə çevrilib.

Belə yağların insan orqanizmi üçün təhlükəli olduğunu deyən vətəndaşlar bu qiymətə kərə yağının satılmasının reallığı əks etdirmədiyini düşünürlər.

Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinə müraciət etdik. Komitənin şöbə müdiri Fazil Talıblı bildirir ki, kərə yağları ilə bağlı həqiqətən də onlara müxtəlif şikayətlər daxil olub.

Komitə rəsmisinin sözlərinə görə ölkəyə xaricdən idxal edilən bütün yağların tərkibi yoxlandıqdan sonra onların ölkədə satışına icazə verilir.

Ancaq Komitə nümayəndəsinin sözlərinə görə ola bilər ki, hansısa şəxs xaricdən gətirilən yağ adı ilə özü Azərbaycanda istehsal edərək onu kərə yağı kimi satır. Bu zaman vətəndaşlardan 963 saylı qaynar xəttə zəng edib məlumat vermələri xahiş olunur. Vəya vətəndaşların ucuz kərə yağı alarkən satış məntəqlərindən uyğunluq sertifikatını istəmələri tövsiyyə olunur.