MARKET SAHİBİ HƏM SƏKİNİ, HƏM DƏ YOLU ZƏBT ELƏDİ… – FOTObackend

MARKET SAHİBİ HƏM SƏKİNİ, HƏM DƏ YOLU ZƏBT ELƏDİ… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” market həm piyada səkisini, həm də avtomobil yolunu zəbt edib.

Tribunainfo.az yazır ki, marketin meyvə-tərəvəz piştaxtaları piyada səkisinə düzülüb. Meyvə, tərəvəzlə doldurulan səkidə hərəkət etmək mümkün deyil. Səki zəbt olunduğundan piyadalar yolun ortası ilə germəli olurlar. Çünki market əsas yolun da bir hissəsini avtomobil dayanacağı kimi istifadə edir. Belə olduğu təqdirdə nə səkidə hərəkət etmək mümkün olur, nə də yol qırağında. Piyadalar məcbur qalıb avtomobillərin hərəkət etdiyi yolla getməli olur. Bu da təhlükəli vəziyyət yaradır.