Məşhur “Netfliks” striminq xidməti Nobel mükafatlı kolumbiyalı yazıçı Qabriel Qarsiya Markezin “Yüz ilin tənhalığı” əsərini ekranlaşdıracaq.
Kult.az xəbər verir ki, şirkətin çəkdiyi serial ispan dilində olacaq.
Serialın prodüserləri Markesin oğulları – Rodriqo Qarsiya və Qonzalo Qarsiya Barça olacaq.
“Atamız heç vaxt bu əsərin ekranlaşdırılması hüququnu satmaq istəməyib”, – oğlu Rodriqo bildirib.
Serialın çəkilişləri Kolumbiyada aparılacaq.