Mark Zukerberqdən vaksin etirafı: “Bayden administrasiyası təzyiq göstərdi”

Mark Zukerberqdən vaksin etirafı: “Bayden administrasiyası təzyiq göstərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Meta” şirkətinin baş direktoru Mark Zukerberq ABŞ prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə vaksinə qarşı çıxanlara senzura tətbiq etmək üçün sosial media platformalarına təzyiq göstərdiyini açıqlayıb.
“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi olan “Meta”nın rəhbəri bu barədə qatıldığı bir podkastda danışıb.
COVİD-19 pandemiyası dövründə vaksinasiyanın təşviqi üçün görülən işlərdən bəhs edən Zukerberq Bayden administrasiyasının həmin dövrdə vaksinə qarşı çıxış edən məzmunları senzura etməyə çalışdığını iddia edib.
“Bayden administrasiyasından olan şəxslər bizim komanda ilə əlaqə saxlayır, qışqırır, təhqirlər yağdırır və kobud ifadələr işlədirdilər”, deyə Zukerberq bildirib.
Telefon zənglərinin qeydə alınmadığını qeyd edən Zukerberq buna baxmayaraq, eyni məzmunlu e-poçtların mövcud olduğunu əlavə edib:
“Bizdən həqiqətə uyğun olan məlumatları belə silməyimizi tələb edirdilər. Konkret olaraq, vaksinlərin yan təsirləri olduğunu ifadə edən paylaşımların platformadan silinməsini tələb edirdilər”.
Zukerberq bu tələbləri yerinə yetirməyəcəklərini açıq şəkildə bildirdiklərini söyləyib. Bunun ardından prezident Baydenin ictimai çıxışlarında “Meta” şirkətinə işarə edərək “Onlar insanları öldürür” deyib və bundan sonra şirkətin müxtəlif dövlət qurumlarının hədəfinə çevirilib.