backend

Mariya Zaxarova Azərbaycan jurnalistlərini təhqir etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.


AzVision.az xəbər verir ki, Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:

– Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız.

Daha sonra Zaxarova lap irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib: “Azərbaycanlı dostlarım da bu fikirdədilər. Buna görə də məndən üzr istəyiblər”. 

Zaxarovadan kimin üzr istəməsi məlum deyil. Amma 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq, ümumilikdə ABŞ-a 170 milyon dollar zərər vuran Liberal Demokrat Partiyasının deputatı V.Seleznvoyun oğlu Valeri Seleznyovu, casus Yeroşenkonu can-dildən müdafiə edən Zaxarova niyə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəmir? Hətta əksinə, buna görə Azərbaycan jurnalistlərini təhqir edir? 

Səbəb aydındır: Rusiya XİN sözüçüsünün qatı və pataloji erməni sevgisi. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Amma Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya XİN-in mövqeyi kimi görünməyə başlayıb.