Marin Le Pen haqda həbs qərarı verildi

Marin Le Pen haqda həbs qərarı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.

Tribunainfo.az xəbər verir ki, məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib.

 

Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir.

 

Le Pen prokurorluğun tələbini partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib.

 

Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.

 

Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.