İtaliyada adı açıqlanmayan kişi 15 ildən sonra borcunu ödəmək üçün bara qayıdıb. O, borcundan 4 dəfə artıq pul ödəyib.
Tribunainfo.az The Sun-a istinadən xəbər verir ki, həmin şəxs 2008-ci ildə bu barda dostları ilə əylənib. Lakin axşam saatlarında içdikləri içkinin pulunu ödəmədən bardan qaçıblar.
Trentidəki Simposio barın işçiləri 30 avro nağd pul olan sirli məktub aldıqda heyrətə gəldilər.
Barın müştərisi məktibda bu illər ərzində etdiyi hərəkətdən çox utandığını etiraf edib. O, baş verən hadisədən təəssüfləndiyini bildirib və qeyd edib ki, bütün bu müddət ərzində bara daxil olmağa özündə güc tapmayıb.
“15 il əvvəl bir şənbə günü axşam dostlarımla restoranınıza gəldim və bir neçə stəkan şərab içdim. Pul vermədən əyləncədən ayrıldıq. Oğru kimi sizi də, özümüzü də incitdik. Ona görə də o vaxtdan bəri sizin yanınıza gəlmirəm. Bu gün mən üzr istəmək və səhvimi düzəltmək üçün buradayam. Qədəhimin qiymətini dörd dəfə artırıram və dostlarımın hər biri üçün bir neçə avro əlavə ödəyirəm. Onların da səhvini düzəltmək istəyirəm. İndi mən başımı dik tutub sizin bara gələ bilərəm”, – deyə həmin şəxs bildirib.
Menecer Andrea Bosisio məktubu sosial mediada yerləşdirərək, onun müəllifini digər müştərilərə nümunə göstərib:
“İnsan üzr istəyir və 15 ildən sonra pulu qaytarır. Siz gözəlsisz. Bu, pula görə deyil, bu,açıq-aydın bir jestdir. 18 illik işimizdə indiyə qədər keçirdiyimiz ən gözəl günlərdən biridir. Təşəkkür edirəm!”.
