TİA.AZ-ın redaksiyasına Bakı şəhərində yerləşən “Mangal Steak House” restoranı ilə bağlı şikayət daxil olub. Həmid Qafarov adlı şəxs restoranın menyudaki qiymətlərlə hesabda göstərilən qiymətlərinin arasında olan fərqdən şikayətçidir: “Manqal Steak House”-un “Muğam zalı”-dan şikayətçiyəm. Menyuda yazılan qiymətlərlə hesabda göstərilən qiymətlər arasında fərq var idi. Açıqlama tələb edəndə bayramla əlaqədar olaraq qiymətləri bahalaşdırdıqlarını dedilər. Etiraz etdim. Sonda minnətlə menyudaki qiymətlərlə hesabladılar. Restoranın nə meneceri, nə də administratoru yaxınlaşıb üzr istədi. Şikayətçiyəm, insanları aldadırlar”.
Vəsilə İbrahim
TİA.AZ